Xəbər lenti

Zelenski ilk dəfə açıqladı: Qələbə planı beş bənddən və üç gizli əlavədən ibarətdir
Dünya 15:44 16.10.2024

Zelenski ilk dəfə açıqladı: Qələbə planı beş bənddən və üç gizli əlavədən ibarətdir

Ukraynanın qələbə planı beş bənddən və üç gizli əlavədən ibarətdir.

Qaynarinfo xəbər verir ki, bunu prezident Volodimir Zelenski 16 oktyabrda Milli Məclisdə çıxışı zamanı deyib.

"Birinci bənd - geosiyasi, ikinci və üçüncü bəndlər - hərbi, dördüncü bənd - iqtisadi, beşinci bənd - təhlükəsizliklə bağlıdır", deyə o qeyd edib.

Onun sözlərinə görə, bütün bəndlər zaman baxımından "çox dəqiq" hesablanıb: "İlk dörd bənd - müharibə dövrünə, onun sona çatması üçün nəzərdə tutulub. Beşinci bənd - müharibədən sonrakı dövrə, təhlükəsizliyin təmin olunması üçündür".

"Zelenski qələbə planını digər mühüm müttəfiqlərə təqdim etmək üçün qərb paytaxtlarını ziyarət edib. Lakin hələlik heç kim bu strategiyanı dəstəkləmək üçün heç bir işarə verməyib", deyə "Associated Press" yazıb.

"Bəzi tərəfdaşlar, Zelenski tərəfindən müəyyən edilmiş sıx müddətlərdən narahatlıqlarını ifadə ediblər. O, sentyabrın sonunda müttəfiqlərə planın əsas prinsiplərini qəbul etmələri üçün yalnız üç ay vaxt verib", deyə agentlik yazıb.

İndiyə qədər ABŞ iki il yarım ərzində Kiyevin əsas sponsoru olub. Lakin prezident Co Bayden müharibənin mümkün genişlənmə qorxusu ilə Rusiyanın daxili hədəflərinə zərbə vurmaq üçün uzaq mənzilli silahların istifadəsi tələbinə cavab verməyib. Eyni zamanda, İsrail və "Hizbullah" arasında Yaxın Şərqdəki münaqişənin gərginləşməsi Vaşinqtonun diqqətini yayındırıb. 

Bir çoxları Demokratlardan olan namizəd və vitse-prezident Kamala Harrisin Baydenin siyasətini davam etdirəcəyini və status-kvonu qoruyacağını gözləyir. Bayden dövründə ABŞ-ın Kiyevə yardımı, əhəmiyyətli olsa da, daim gecikmiş olub və ukraynalı qüvvələr üçün əhəmiyyətli dəyişikliklər yaratmayıb.

Respublikaçılar partiyasının namizədi və keçmiş prezident Donald Tramp sadəcə müharibəni tez bir zamanda sona çatdıracağını söyləyib, lakin necə edəcəyini deməyib.

Eyni zamanda, Braziliya və Çin alternativ sülh planları təklif edib, bunları Zelenski rədd edərək, bunun müharibəni sadəcə dayandıracağını və Moskvaya öz məğlub olmuş ordusunu və müdafiə sənayesini bərpa etmək üçün vaxt verəcəyini bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->