Türkiyəli güləşçi, dünya çempionu Taha Akgül Kahramanmaraşda baş verən zəlzələdən sonra 30-40 güləşçinin olduğu binanın uçduğunu və onların dağıntılar altında idmançıların olduğunu açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,7 bal gücündə zəlzələdən sonra dağıntıların təsirləri görünməyə başlayıb. Qaziantep, Sivas, Hatay, Şanlıurfa, Mersin, Samsun və Trabzon başda olmaqla bir çox şəhərdə hiss olunan zəlzələdən sonra idmançı Kahramanmaraşda güləşçilərin qaldığı binanın dağıldığını açıqlayıb.
Akgül sosial media hesabında paylaşım edərək bu ifadələri işlədib: "Kahramanmaraşda güləş klubunda 30-40 güləşçinin qaldığı bina da uçub... İdmançılarımız dağıntılar altında qalıb. Təcili yardım gözləyirik. Mənə kömək ol, Allahım!”
Səbuhi Həsənov
Şərhlər