Bundesliqa təmsilçisi "Borussiya" (Dortmund) Niklas Süle, Niko Şlotterbek və Kərim Adeyemidən sonra yeni mövsümdə 4-cü transferini reallaşdırıb.
Qaynarinfo xəbər verir ki, "Köln"də çıxış edən Türkiyə millisinin üzvü Salih Özcanı heyətinə qatıb. Almaniya komandası 24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb. Bu haqda klubun icraçı direktoru açıqlama verib. O, Özcanın komandaya faydalı olacağına inandığını deyib.
"Arılar" Salih üçün "Köln"ə 5 milyon avro ödəyib.
Səbuhi Həsənov
Şərhlər