Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sumqayıt" klubu ötən gün Qəbələyə yollanıb.
Bu barədə
Sport7.az-a klubun mətbuat katibi
Rəşad Məmmədov məlumat verib.
Klub rəsmisi saytımıza açıqlamasında komandanın hazırlıq planı ilə bağlı bunları söyləyib:
"Komanda Qəbələdə "Riverside" otelində məskunlaşıb. Artıq təlim-məşq toplanışına start verilib. Ayın neçəsinə kimi qalacağımızı dəqiq bilmirik. Yoxlama oyunları ilə bağlı da hələlik dəqiq məlumat yoxdur".
Qeyd edək ki, paytaxtda tədbiq edilən sərt karantin rejiminə görə məşqlərə icazə verilmir. Bu səbəbdən avrokuboklarda çıxış edəcək komandalarımız hazırlığı əyalətlərdə keçməli olacaqlar.
Röya Kərimli
Şərhlər