Ölkə çempionatının bürünc mükafatçısı "Keşlə" klubu Avropa Liqasına hazırlıqları davam etdirir.
Sport7.az-a daxil olan məlumata görə, kollektiv ayın 13-dən Şamaxı Olimpiya İdman Kompleksində hazırlığa start verib.
Komandanın ilkin hazırlıq mərhələsinin iki həftə davam edəcəyi nəzərdə tutulub.
"Keşlə"nin yoldaşlıq oyunlarında da qüvvəsini sınayacağı gözlənilir. Əldə edilən məlumata görə, paytaxt klubunun sabah "Qarabağ"la yoxlama matçına çıxacağı nəzərdə tutulub.
Röya Kərimli
Şərhlər