UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında Çempionlar Liqasının 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, potensial 1/4 final və yarımfinal cütləri ilə yanaşı, final matçının nominal ev sahibi müəyyənləşib.
Püşkatmanın nəticələri:
1/4 final (12-15 avqust)
1. "Real"/Mançester Siti" - "Lion"/"Yuventus"
2. "Layptsiq" - "Atletiko"
3. "Napoli"/"Barselona" - "Çelsi"/"Bavariya"
4. "Atalanta" - PSJ
Yarımfinal (18-19 avqust)
1. 1-ci 1/4 final cütünün qalibi - 3-cü 1/4 final cütünün qalibi
2. 2-ci 1/4 final cütünün qalibi - 4-cü 1/4 final cütünün qalibi
Final (23 avqust)
2-ci yarımfinal cütünün qalibi - 1-cü yarımfinal cütünün qalibi
1/8 finalın 4 cütünün - "Bavariya" - "Çelsi" (ilk oyun - 3:0), "Barselona" - "Napoli" (ilk oyun - 1:1), "Mançester Siti" - "Real" (ilk oyun - 2:1), "Yuventus" - "Lion" (ilk oyun - 0:1) - taleyinə hələlik aydınlıq gəlməyib. 7-8 avqust tarixlərində cavab qarşılaşmaları keçiriləcək.
Qeyd edək ki, Çempionlar Liqası 1/4 finaldan etibarən "Səkkizlər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək. Oyunlara "Benfika" və "Joze Alvalade" stadionları ev sahibliyi edəcək. Yarımfinalçılar və finalçılar bir matç üzərindən müəyyənləşəcək.
Şərhlər