Xəbər lenti

Avropa Liqasında mövsümün son püşkü atıldı
İdman 15:37 10.07.2020

Avropa Liqasında mövsümün son püşkü atıldı

Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında Avropa Liqasının 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da start götürüb. 

1/4 final və yarımfinal cütləri ilə yanaşı, final matçının nominal ev sahibi müəyyənləşib.

Püşkün nəticələri:

1/4 final (10-11 avqust)

1. "Volfsburq"/"Şaxtyor" - "Ayntraxt"/"Bazel"

2. LASK/"Mançester Yunayted" - "Başakşəhər"/"Kopenhagen"

3. "İnter"/"Xetafe" - "Reyncers"/"Bayer"

4. "Olimpiakos"/"Vulverhempton" - "Sevilya"/"Roma"

Yarımfinal (16-17 avqust)

1. 4-cü 1/4 final cütünün qalibi - 2-ci 1/4 final cütünün qalibi

2. 3-cü 1/4 final cütünün qalibi - 1-ci 1/4 final cütünün qalibi

Final (21 avqust)

1-ci yarımfinal cütünün qalibi - 2-ci yarımfinal cütünün qalibi

1/8 finalın "İnter" - "Xetafe" və "Sevilya" - "Roma" cütlərində ilk, digər 6 cütdə ("Başakşəhər" - "Kopenhagen", "Olimpiakos" - "Vulverhempton", "Reyncers" - "Bayer", "Volfsburq" - "Şaxtyor", "Ayntraxt" - "Bazel", LASK - "Mançester Yunayted") isə cavab görüşləri keçirilməyib. Sözügedən oyunlar 5-6 avqust tarixlərinə təyin olunub. İlk iki cütdə mərhələ adlayan tərəf bir matç üzərindən müəyyənləşəcək.

Qeyd edək ki, 1/4 finaldan etibarən Avropa Liqasının qarşılaşmaları tək oyun formatı ilə Almaniyada keçiriləcək. Matçlara "Köln" stadionu, "MSV Arena", "Düsseldorf Arena" və "Şalke Arena" ev sahibliyi edəcəklər.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->