"Sevilya”nın açıq sözlü ultras qrupu "Biris Norte” Serxio Ramosun transferinə qarşı çıxıb.
Qaynarinfo-nun məlumatına görə, uşaqlıq klubuna qayıtmaq üçün bir illik müqavilə imzalayan Ramosun "Sevilya" azarkeşləri ilə münasibətləri gərgindir. 2004-cü ildə "Sevilya”nı tərk edərək "Real”la müqaviləyə imza atan Ramosun dəfələrlə klubla düşmənçiliyindən narazılıqlarını bildirməkdən çəkinməyən tərəfdarlar bu transferə qəzəblənib.
"Biris Norte”, Ramosu transfer etdiyi üçün klubu tənqid atəşinə tutub: "50 ilə yaxındır ki, "Sevilya”nın ultras qrupu olaraq, bu transferi rədd etdiyimizi bildirmək istərdik. Nifrət və ya kinlə hərəkət etmirik. Tərəfdarlara sevgi və hörmət lazımdır. Bu transfer dəyərlərimizə, gerbimizi qoruyan simvollara, əfsanələrə və keçmişdə bu oyunçu tərəfindən təhqirə məruz qalan minlərlə "Sevilyistaya” hörmətsizlikdir. Biz düşünürük ki, bu imza "Sevilya”nı nəyin böyük etdiyini başa düşməyən və yalnız şəxsi, yaxud iqtisadi maraqlarını düşünən bəzi rəhbərlərə daha çox fayda verəcək. Biz onlar kimi deyilik və həmişə də belə olacağıq. Qərarları ilə klubu ləkələyənlərin yox, "Sevilya"nın yanında olacağıq".
Səbuhi Həsənov
Şərhlər