"Liverpul"un misirli ulduzu Məhəmməd Salah rekorddan doymur.
Qaynarinfo-nun məlumatına görə, Salah "Lids" üzərində 6:1 hesablı qələbə qazandıqları oyunda iki qol vurmaqla, beş oyunluq qələbə həsrətinə son qoyub. O, 39-cu dəqiqədə sol ayağı ilə baxımlı qola imza atmaqla "Liverpul"un əfsanəsi Robbi Faulerin 16 illik rekordunu qırıb. Belə ki, o, vurduğu 106-cı qolla Premyer Liqanın bombardiri ünvanına sahib olub.
Salah hazırkı oyunçuların sayına görə ən yaxın rəqibi - "Mançester Siti"nin futbolçusu Riyad Mahrezi qabaqlayır, əlcəzairli ulduz indiyədək Premyer Liqada 65 dəfə sol ayaqla qol vurub.
Digər 10 ən yaxşı oyunçu isə artıq Premyer Liqada oynamır.
Salah həmçinin bu mövsüm "Liverpul" tarixinə də düşüb. O, Premyer Liqanın ən yaxşı bombardiri olmaqla Faulerin 128 qol rekordunu qırıb. Eyni zamanda "Liverpul"un "Mançester Yunayted”ə qarşı ardıcıl altı oyunda qol vuran ilk oyunçusu ünvanına da sahib çıxıb.
"Mançester Siti" ilə matçda Salah həmçinin Maykl Ouenin 55 qol rekordunu qıraraq, Premyer Liqa tarixində Liverpulun səfərdə ən çox qol vuran oyunçusu olmuşdu.
Premyer Liqada ilk "dördlüy"ə daxil olmaq istəyən Yurgen Kloppun komandası şənbə günü evdə "Nottingem Forest"lə qarşılaşacaq.
Səbuhi Həsənov
Şərhlər