"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının III turunun "Nyukasl"la oyunundan sonra "Əl-İttihad"da tibbi müayinədən keçmək üçün Səudiyyə Ərəbistanına yollanacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "KSA Sport" məlumat yayıb.
Beləliklə, bu gün misirli ulduz İngiltərə klubunun heyətində son oyununu keçirə bilər.
Jurnalist Rudi Qaletti "Twitter"də yazıb ki, Salah "Liverpul" rəhbərliyinə "Əl-İttihad"a keçmək istədiyini bildirib. Onun sözlərinə görə, Səudiyyə klubu cavab vermək üçün "Liverpul”a avqustun 28-dək vaxt verib. Daha əvvəl "Əl-İttihad”ın misirli hücumçuya 76 milyon avro maaşla üç illik müqavilə təklif etdiyi bildirilirdi.
Salah ötən mövsüm "Liverpul"un heyətində Premyer Liqada 38 oyuna çıxıb, 19 qol vurub və 12 məhsuldar ötürmə verib. "Transfermarkt" portalının məlumatına görə, misirlinin bazar dəyəri 65 milyon avrodur. Onun "Liverpul"la müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Aydın
Şərhlər