UEFA Avropa Liqasının keçid pley-off mərhələsində mübarizə aparan "Qarabağ” futbol klubunun ev oyunu ilə əlaqədar "Bakı metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
Bakı metrosundan "Qaynarinfo-ya bildirilib ki, AFFA-nın müraciəti əsasında gecə saatlarında başa çatacaq matça görə "Bakı metropoliteni” QSC-nin stansiyalarında iş saatları fevralın 22-dən fevralın 23-nə keçən gecə 1 saat uzadılacaq.
"Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionundan çıxacaq sərnişinlərin gecə saatlarında mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Həmçinin, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə və qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq stansiyalarda bir sıra tədbirlər görüləcək.
Şərhlər