"Derbi Kantri"dən istefa verən Ueyn Runi sabiq komandası "DC Yunayted"ə qayıtmağa hazırlaşır.
Qaynarinfo xəbər verir ki, 2020-2021 mövsümündə futbolçu karyerasını bitirərək məşqçiliyə başlayan ulduz futbolçu ilk təcrübəsini "Derbi Kantri"də keçdi. Klubun iqtisadi problemləri üzündən mövsümə 21 xalının silinməsilə başlayan İngiltərə komandası mövsümün sonunda xalını 34-ə çatdırsa da Çempionşipdə qala bilməyib. Runi də bundan sonra komandadan ayrıldığını açıqlayıb.
"Derbi Kantri" Runinin rəhbərliyi altında 49 oyunda 15 qələbə qazanıb, 13 heç-heçə edib və 21 dəfə məğlubiyyətlə üzləşib.
MLS-də istədikləri kimi mövsüm keçirə bilməyən "DC Yunayted" Ernan Losadanı daha əvvəl futbolçu kimi heyətində oynaməş Runi ilə əvəzləmək niyyətindədir.
ABŞ mətbuatının yazdığına görə, "DC Yunayted" klub tarixində ən yüksək məşqçi maaşını məhz Runiyə verəcək və uzunmüddətli müqavilə bağlanacaq. 36 yaşlı məşqçiyə illik 1 milyon dollardan çox məvacib təklif edildiyi bildirilib.
Səbuhi Həsənov
Şərhlər