Xəbər lenti

Ramosu ölümlə hədələdilər
İdman 14:44 25.04.2023

Ramosu ölümlə hədələdilər

PSJ-nin futbolçusu Serxio Ramos hədələnib.

Qaynarinfo-nun məlumatına görə, futbolçu "Twitter"in sahibi İlon Maska sosial şəbəkənin fəaliyyəti ilə bağlı münasibət bildirmək üçün paylaşım edib. İspan müdafiəçi fikirlərini "Twitter"də "mavi nişan" almaq üçün ödəniş etməklə bağlı məsələ ortaya çıxandan sonra payaşıb.

Şəxsi hesabında Maskı da işarələyən bir paylaşım edən Ramos açıqlamasında "Mavi nişan"ları ləğv etmək, məcburi ödənişlər шыеэьэл və pul qazanmaq bir strategiyadır. Nifrəti aradan qaldırmaq, hörməti təşviq etmək və "Twitter"i daha yaxşı bir yerə çevirmək başqa bir şeydir. Mən sadəcə deyirəm…", yazıb.

Ramos paylaşımının altındakı şərh bölmələrinə təhqiramiz ifadələr işlədən, həm özünü, həm də ailəsini ölümlə hədələyən insanların yazılarını dərc edib. Ramosa ünvanlanan hədə məzmunlu mesajların birində "Ramosa ən böyük ağrını arzulayıram. Həyatımın ən xoşbəxt dörd günü olacaq: Ramos öləndə, Pilar Rubio öləndə, birinci oğlu öləndə, ikinci oğlu öləndə...”, ifadələri yer alıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->