Xəbər lenti

Quru sərhədlər niyə açılmır? - Ekspert
Ölkə 12:20 20.06.2023

Quru sərhədlər niyə açılmır? - Ekspert

"İyulun 1-dən quru sərhədlərin açılıb-açılmaması Operativ Qərargahın qərarından asılı olacaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib. O hesab edir ki, hazırda quru sərhədlərin açılması üçün heç bir məhdudiyyət mövcud deyil:



"Ölkədə cəmi 14 nəfər koronaya yoluxan aktiv xəstə var. Xəstəlik tam nəzarət altındadır. Düşünürəm ki, quru sərhədlərin açılmasının çox böyük iqtisadi zərurəti var. Uzun illərdir ki, pandemiya səbəbindən quru sərhədlərimiz bağlıdır. Bu da ölkə iqtisadiyyatına, əsasən də turizm sektorunun inkişafına, digər tərəfdən sərhədyanı bölgələrdə yaşayan vətəndaşların rifahına mənfi təsir göstərir. Həmin vətəndaşlar alış-verişlərini sərhəd ölkələrində həyata keçirirdi. Həmin ölkələrin iqtisadi inkişafına, aktivliyin də də sərhəddin bağlı olması mənfi təsir göstərir".

Ekspert qeyd edib ki, hazırda Azərbaycanın 4 ölkə ilə quru sərhədlərinin bağlı olduğunu vurğulayıb: 

"Dünya Səhiyyə Təşkilatı panmdemiyanın sona çatmasını elan edib. Bu baxımdan hesab edirəm  ki, təhlükəsizlik prosesləri ciddi nəzarət olmaqla quru sərhədlərin açılması iqtisadi cəhətdən daha məqsədəuyğun olardı”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->