Xəbər lenti

Qətər Qırmızı dəniz vasitəsilə qaz nəqlini dayandırdı
Dünya 14:13 15.01.2024

Qətər Qırmızı dəniz vasitəsilə qaz nəqlini dayandırdı

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəməndəki husi hədəflərinə aviazərbələr keçirməsi həyati əhəmiyyətli daşıma marşrutu boyunca riskləri artırdıqdan sonra Qətər mayeləşdirilmiş təbii qaz (LNG) tankerlərinin Bab əl-Məndəb boğazından daşınmasını dayandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg yazır.

Agentlik bildirib ki, Qətər tərəfindən Qırmızı dənizin cənubundakı boğaza doğru hərəkət edən ən azı beş maye qaz gəmisi cümə günündən etibarən dayandırılıb.
Üç tanker Oman sahillərində, biri Qırmızı dənizdə, digəri isə Aralıq dənizində Süveyş kanalı yaxınlığında dayanıb.

ABŞ və Britaniya donanmasının da daxil olduğu ortaq hərbi qüvvələr husilərə qarşı hava hücumlarından sonra ticarət gəmilərinə Qırmızı dənizin cənubundakı təhlükə zonasından uzaq durmağı tövsiyə edib.

Ən azı üç böyük neft tankeri operatoru ərazidən yan keçəcəklərini söyləyiblər.

Husilər noyabrın ortalarında gəmiləri hədəf almağa başlayandan bəri qaz daşıyan gəmilərə hələ də hücum etməyiblər, lakin Qətərin boğazdan tranziti təmin etmək istəməməsi ABŞ-ın başçılıq etdiyi zərbələrdən sonra risklərin kəskin artdığını göstərir.

"Dünyanın ən böyük LNG ixracatçılarından biri olan Qətər Avropaya yanacaq daşımaq üçün Qırmızı dənizdən istifadə etməyə davam edən bir neçə qaz təchizatçılarından biri idi", - Bloomberg əlavə edir:

Qətər ABŞ-dan sonra Avropanın ən böyük LNG tədarükçüsüdür və tədarük adətən dəniz yolu ilə həyata keçirilir, belə ki, alternativ marşrut (Afrikanın cənub ucu) daha uzundur. Ötən il Qətər Qərbi Avropa istehlakının təxminən 13%-ni təmin edib. 

"Risklərin artması Avropanın istilik və elektrik stansiyalarının yanacaq tədarükünü ləngidə bilər, lakin çətin ki, bu, yaxın perspektivdə çatışmazlıq yaratsın. Belə ki, bölgə böyük ehtiyatla təmin olunub, sənaye tələbatı hələ də zəif olaraq qalır və qış indiyə qədər nisbətən mülayim keçib. Avropa qaz qiymətləri avqust ayından bəri ən aşağı səviyyəyə yaxındır”, - nəşr yekunlaşdırır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->