Xəbər lenti

Qətər 2022-də oyun idarə etmiş qadın hakimə
İdman 12:41 26.01.2023

Qətər 2022-də oyun idarə etmiş qadın hakimə "fahişə" deyib, hədələdilər

Qətərdə keçirilən dünya çempionatına dəvət alan ilk qadın hakimlərdən biri Salima Mukansanqa vətəni Ruandada xoşagəlməz halla üzləşib. 

Qaynarinfo xəbər verir ki, ölkəsində idarə etdiyi matçlardan birində bəzi azarkeşlər onu "fahişə” adlandırıb, təhqir və hədələrə məruz qoyub. 

Bütün bunlar şənbə günü kişi komandaları, "Kiyovu Sport" və "Qasogi Yunayted" arasında 0:0 hesabı ilə başa çatan qarşılaşma zamanı baş verib. "BBC Africa"nın məlumatına görə, Mukansanqa mətbuata verdiyi açıqlamasında matç zamanı və oyundan sonra "Kiyovu Sport"un bir qrup azarkeşi tərəfindən təhqir olunduğunu bildirib. Tərəfdarlar kütləvi şəkildə dəfələrlə hakimi "fahişə” adlandırıb, bəziləri oyundan sonra ona fiziki hücum etmək istəyib. Lakin təhlükəsizlik əməkdaşları tərəfindən onların qarşısı alınıb.

Hazırda məsələni araşdıran Ruanda Futbol Federasiyası araşdırma başa çatandan sonra intizam komitəsi tərəfindən lazımi tədbirlərin görüləcəyi bildirilib.

Mukansanqa, kişilər arasında dünya çempionatında oyun idarə edən üç qadın hakimdən biri idi. Bir neçə ay əvvəl o, 2022-ci ildə kişilər arasında Afrika Millətlər Kubokunu, o cümlədən Zimbabve ilə Qvineya arasında B qrupunun oyununu idarə edən ilk qadın hakim olmuşdu.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->