Xəbər lenti

“Qarabağ”ın sabiq kapitanı: “Həmin gün hər şey tərsinə oldu…”
İdman 15:09 21.02.2024

“Qarabağ”ın sabiq kapitanı: “Həmin gün hər şey tərsinə oldu…”

Avroliqanın pley-off mərhələsi çərçivəsində Portuqaliyada "Braqa”nı məğlub edən "Qarabağ” (4:2) sabah növbəti sınağına çıxacaq. Ağdam klubu bu dəfə portuqaliyalıları Bakıdan başıaşağı yola salmağa çalışacaq. Bəs Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın mərhələ adlamaq şansı nə qədərdir?

Bu barədə "Qarabağ”ın sabiq kapitanı Nazim Mehrəliyev Qaynarinfo-ya fikirlərini bölüşüb. Veteran futbolçu, Bakıda "Braqa”nı necə keçə biləcəyimizlə bağlı bunları söyləyib:

"Qarabağ” səfərdə çox gözəl, hərtərəfli üstün oynadı. "Braqa”ya şans vermədilər. Portuqaliya komandasını çox tərifləyirdilər. Amma həmin gün deyildiyi kimi görünmədilər. Demirəm, zəif komandadır. Portuqaliya çempionatında dördüncü yerdədirlər. Həmin gün hər şey tərsinə oldu. "Qarabağ” onları üstələdi. Hətta, beş və altıncı qolları da vura bilərdik. Onlara afərin deyirəm. Ümid edirəm ki, Bakıda iki oyunun nəticəsinə görə mərhələni "Qarabağ” keçəcək. Oyun-oyuna bənzəmir. Heç-heçə ola, ya da Portuqaliyadakı oyun davam edə bilər. "Braqa” burda qələbə qazanmaq istəyəcək. Onlara şans vermək lazım deyil, birəbir oynamaq, pressinq etmək vacibdir ki, istədiklərini ala bilməsinlər. Deyirlər ki, 20 milyonluq futbolçuları oynamadı. Pul addır, əsas şərt oynamaqdır. "Qarabağ” görün kimlərə - "İnter”ə, "Borussiya”ya qarşı oynayıb, loru dildə desək, "Braqa” nədir ki?  "Bişmiş” komandadır. Təbii ki, birinci oyunda rəqibi yaxşı analiz etmişdilər. 10-cu dəqiqədən sonra fikirləşdim ki, hesab böyük olacaq. Çünki bütün komponentlərdə üstələmişdilər. Qol vəziyyəti axtarmırdılar. "Braqa” bizə yuxarıdan-aşağı baxdısa, nəticəsini də gördü. Ağasəlim Mircavadovun bir sözü var: "Həmişə rəqibi özündən güclü hesab elə”. Etməsən, nəticən "Braqa” kimi olar”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->