İngiltərə Premyer Liqası klubu "Nyukasl" heyətini 21 yaşlı futbolçu ilə gücləndirib.
Qaynarinfo-nun məlumatına görə, klubdan verilən açıqlamada "Everton"la Antoni Qordonun transferi ilə bağlı razılığa gəldikləri və futbolçu ilə uzunmüddətli müqavilə bağladıqları bildirilib.
İngiltərə mətbuatında yer alan xəbərlərə görə, "Nyukasl" bu futbolçu üçün "Everton"a 40 milyon funt-sterlinq ödəyəcək. Müqavilədəki şərtlər yerinə yetiriləcəyi təqdirdə bu məbləğə 5 milyon funt-sterlinq də əlavə olunacaq.
İngiltərə millisinin aşağı yaşlılardan ibarət komandalarının formasını geyinən Qordon yetişdiyi "Everton"da bu mövsüm meydana çıxdığı 16 oyunda 3 qola imza atıb.
Səbuhi Həsənov
Şərhlər