Polşa futbolu neonasist qalmaqalı ilə üzləşib.
Qaynarinfo-nun məlumatına görə, bu barədə Polşa mətbuatında xəbər yer alıb. Araşdırmalardan sonra məlum olub ki, Polşa Futbol Federasiyası tərəfindən "Barselona”nın ulduzunu qoruması üçün ayrılan mühafizəçi neonasistdir.
Dominik Qruça adlı mühafizəçi adam oğurluğu, fahişəlik və faşizmlə tanınan cinayətkar təşkilatın üzvü olması barədə məhkəməyə sənədlər təqdim edilib. Polis Levandovskinin mühafizəçisinin evində neofaşist materialları aşkarlayıb və onları müsadirə edib.
Levandovskinin cangüdəninin dostları ilə nasist salamı vasitəsilə əl-ələ tutduğu fotolar da ortaya çıxıb.
Səbuhi Həsənov
Şərhlər