Xəbər lenti

Pivə zavodunun dayanacağında doğulan körpəyə pivənin adını verdilər (FOTO)
Dünya 23:59 15.10.2024

Pivə zavodunun dayanacağında doğulan körpəyə pivənin adını verdilər (FOTO)

ABŞ-da pivə zavodunun dayanacağında doğulan uşağa pivənin adı verilib.

Qaynarinfo bu barədə UPI.com-a istinadən xəbər verir.

Aaron Baker həyat yoldaşı Kaylini xəstəxanaya apararkən doğuş başladığı üçün tibb müəssisəsinə vaxtında çata bilməyəcəklərini anlayıblar. Kişi maşını ən yaxın icazəli yerdə - yerli "One Well Brewing" pivə zavodunun dayanacağında saxlayıb. Bir müddət sonra cütlüyün bir oğlu doğulub.

Onlar uşağın adını bu pivə zavodunda hazırlanın pivənin şərəfinə "Forrest Wells" qoyublar.

"Hətta biz zarafat etdik ki, Forrest atası kimi xəstəxanaya gedən yolda pivə içmək istəyir", deyə Kayli bildirib.

Pivə zavodunun nümayəndələri bildiriblər ki, yeni doğulan körpənin şərəfinə xüsusi pivə növü - "Special Delivery" (Xüsusi Çatdırılma) adlı yüngül ale hazırlanıb. Bundan əlavə, içki zavodunun sahibi yetkinlik yaşına çatandan sonra Forrest Wells üçün ömürlük pivə ehtiyatı vəd edib.

Aydın



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->