Xəbər lenti

Ancelina Coli Bred Pitin filminin uğursuzluğuna sevinir
Sənət 18:57 15.10.2024

Ancelina Coli Bred Pitin filminin uğursuzluğuna sevinir

Hollivud aktrisası Ancelina Coli keçmiş əri Bred Pitin kinodakı uğursuzluqlarına sevinir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "In Touch Weekly" məlumat verib.

Mənbə iddia edir ki, "Apple TV+" rəhbərləri "Tənha qurdlar" filminin nümayişini azaltmaqla və film üçün reklam kampaniyası aparmamaqla Pit və Corc Klunini "dəhşətli vəziyyətdə" qoyublar.

Mənbənin sözlərinə görə, bu vəziyyətdə yalnız Ancelina Coli xoşbəxtdir, çünki bu mövsüm "Netflix" tərəfindən fəal şəkildə dəstəklənir. Onun "Mariya" filminə görə Oskar mükafatına namizəd olacağı gözlənilir.

İnsayderin sözlərinə görə, Coli "Bredə ehtirasla nifrət edir" və "onun Kluni ilə dostluğunu heç vaxt bəyənməyib".

Avqustun sonunda "Mariya” sənədli filmi 81-ci Venesiya Beynəlxalq Film Festivalında premyerasında səkkiz dəqiqəlik sürəkli alqışlarla qarşılanıb. Filmin rejissoru çilili rejissor Pablo Larreyndir. Bioqrafik film dünya şöhrətli opera müğənnisi Mariya Kallasın həyatından bəhs edir. Baş rolu Coliyə oynayıb.

"Tənha qurdlar" kriminal komediyasının dünya premyerası sentyabrın 1-də, rəqəmsal buraxılışı isə sentyabrın 27-də olub. Bu filmdə Pit və Kluni bir işdə birlikdə işləmək məcburiyyətində qalan rolu oynayırlar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->