Xəbər lenti

İran yeni sanksiyaların tətbiqindən sonra Aİ ölkələrinə uçuşları dayandırdı
Dünya 17:42 15.10.2024

İran yeni sanksiyaların tətbiqindən sonra Aİ ölkələrinə uçuşları dayandırdı

Avropa İttifaqının dövlət aviaşirkəti "Iran Air”ə qarşı yeni sanksiyaları səbəbindən İrandan Avropaya uçuşlar dayandırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS İran Hava Daşıyıcıları Assosiasiyasının rəhbərinin bəyanatına istinadən məlumat yayıb.

Bu məhdudiyyətlərin tətbiqi oktyabrın 14-də Aİ Şurasında elan edilib. Bunlara üç İran hava daşıyıcısına (Saha Airlines, Mahan Air və Iran Air) və kamikaze dronlarının və əlaqəli texnologiyaların tədarükündə məsul olan iki satınalma firmasına qarşı sanksiyalar daxildir. Bundan əlavə, raket yanacağı istehsalı ilə məşğul olan iki şirkətə məhdudiyyətlər qoyulub.

Həmçinin, İranın müdafiə nazirinin müavini Seyid Həmzə Qələndəri, İslam İnqilabı Keşikçiləri Korpusunun tanınmış rəsmiləri, "İran Aircraft Manufacturing Industries” və "Aerospace Industries Organization”in icraçı direktorları da Aİ-nin qərarı çərçivəsində sanksiyalara məruz qalıb. Sanksiyalar arasında aktivlərin dondurulması və Avropa İttifaqına səyahət qadağası var.

Əvvəllər İran Air təyyarələri Avstriya, Almaniya, İtaliya, Böyük Britaniya və Fransaya uçub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->