Pentaqonun əlində Ukraynaya ötürülən silahların oğurlandığını göstərən etibarlı faktlar yoxdur.
Qaynarinfo xəbər verir ki, bunu Pentaqonun sözçüsü general Patrick Ryder brifinqdə deyib. Onun sözlərinə görə, Ukraynadakı Amerika silahlarının "yanlış əllərə keçməsi” barədə heç bir etibarlı sübut yoxdur. Rayder ABŞ Müdafiə Nazirliyinin baş müfəttişinin ABŞ-ın Ukraynaya verdiyi, lazımi qaydada hesaba alınmayan təxminən 40 min ədəd silah haqqında hesabatını belə şərh edib.
"Bu günə qədər ABŞ-ın Ukraynaya təhvil verdiyi qabaqcıl adi silahların yanlış əllərə keçməsinə dair heç bir etibarlı sübut yoxdur”, - Rayder bildirib.
Pentaqonun sözçüsü qeyd edib ki, Ukrayna amerikalı tərəfdaşlarına ona ötürülən silahların uçotu və inventarlaşdırılması üçün məlumatlara "görünməmiş çıxış” verib, hesabatın lazım olduğunu başa düşüb.
O, silah satışı və ya digər irrasional istifadə halları ilə bağlı məlumatları Rusiyanın dezinformasiyası adlandırıb.
"Biz ukraynalıların döyüş meydanında silahlardan, təqdim olunan texnikadan necə səmərəli istifadə etdiyini görürük", - o əlavə edib.
Qeyd edək ki, bir gün əvvəl media Pentaqonun baş müfəttişinin Ukraynaya ötürülən silahlarla bağlı hesabatını yayıb. Bildirilir ki, ABŞ Müdafiə Nazirliyi Ukraynaya təhvil verilmiş 40 minə yaxın silah haqqında dərhal və ya tam məlumat verə bilməyib.
Bu silahlar ABŞ-ın 50 milyard dollarlıq hərbi yardımının təxminən 1 milyard dolları - 2%-i dəyərində qiymətləndirilir.
Alpər
Şərhlər