Xəbər lenti

Pentaqon beynəlxalq missiyanın Qırmızı dənizdə neçə Husi hədəfini məhv etdiyini açıqladı
Dünya 16:40 05.01.2024

Pentaqon beynəlxalq missiyanın Qırmızı dənizdə neçə Husi hədəfini məhv etdiyini açıqladı

ABŞ Müdafiə Nazirliyi Qırmızı dənizdə İranın dəstəklədiyi Husi yaraqlılarının hücumuna məruz qalan ticarət gəmilərini qorumaq üçün əsasən NATO müttəfiqlərinin iştirak etdiyi beynəlxalq missiyanın hərəkətləri barədə məlumat verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Pentaqonun press-relizində deyilir.

Missiya başlayandan bəri ABŞ-ın rəhbərlik etdiyi koalisiya 19 pilotsuz uçan aparatı və raketi vurub və husilərin Qırmızı dənizdəki gəmilərə qarşı buraxdığı üç kiçik qayığı batırıb. Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admatoru Bred Kuper bildirib.

Vurulan hədəflər arasında 11 pilotsuz uçuş aparatı, iki qanadlı raket və altı gəmi əleyhinə qanadlı raket var.

O, ABŞ-ın "Prosperity Guardian" missiyasının işə başladığı dekabrın ortalarından bəri 1500-ə yaxın ticarət gəmisinin Qırmızı dənizdən təhlükəsiz keçdiyini qeyd edib.

"Biz əlbəttə ki, davam edən təhlükəni nəzərə alırıq və husilərin hücumlarının davam edə biləcəyini gözləyirik. Bununla belə, düşünürəm ki, bu müdafiə əməliyyatında bizim hərəkətlərimizin təkcə söz deyil, həm də hərəkət olması çox vacibdir", - Kuper deyib.

Pentaqon bildirib ki, Husi yaraqlıları noyabrın ortalarında Qırmızı dənizdə ticarət gəmilərinə 25 hücum həyata keçirib.

Son həftələrdə İranın dəstəklədiyi Husi yaraqlıları İsraillə əlaqəli gəmilərə hücum etmək bəhanəsi ilə Ərəbistan yarımadası ətrafında ticarət gəmilərinə hücum və ya atəş açmağa başlayıblar.

Buna cavab olaraq, Birləşmiş Ştatlar ticarət gəmiçiliyini qorumaq üçün ilk növbədə NATO müttəfiqlərini əhatə edən beynəlxalq missiyanın yaradılmasını elan edib. Britaniya missiyada iştirak etmək üçün HMS Diamond esminesini göndərib.

Bir gün əvvəl ABŞ, Böyük Britaniya, Almaniya və İtaliya da daxil olmaqla 12 ölkə Yəmən Husi üsyançılarını Qırmızı dənizdə ticarət gəmilərinə növbəti hücumlara qarşı xəbərdar edən birgə bəyanat yayıb.


Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->