Dünya futbolunun əfsanəsi Pele ürəyində və zehnində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.
Qaynarinfo-nun məlumatına görə Braziliyanın əfsanəvi futbolçusu şiş xərçəngindən müalicə alır. Son illərdə yaşadığı sağlamlıq problemləri ilə gündəmdə olan 82 yaşlı veteran futbolçu keçən il aşkarlanan şişdən sonra Braziliyanın San Paulo şəhərindəki "Albert Eynşteyn" xəstəxanasında müalicəsi davam edir.
Braziliya mətbuatında yer alan xəbərlərdə qızı Kely Nasimento keçmiş ulduz futbolçunun bədənindəki şişlər və ürək problemləri səbəbiylə xəstəxanaya yerləşdirildiyi, səhhətinin ciddi ola biləcəyi ilə bağlı iddiaları təkzib edib.
Şəxsi İnstaqram hesabında Pelenin səhhəti ilə bağlı məlumat verən onun qızı "Bu gün atamın səhhəti ilə bağlı mediada bir çox xəbər paylaşıldı. Atam davam edən müalicəsində dərman dozasını tənzimləmək üçün xəstəxanaya yerləşdirildi. Qardaşlarımdan bəziləri Braziliyaya səfərə gedir. Onun heç bir təcili və ya yeni xəstəliyi yoxdur. Yeni ilə yaxın ora gedib şəkillər çəkib paylaşacam” - ifadələrini işlədib.
Pele son illərdə böyrək və prostat vəzində yaranan problemlər səbəbindən dəfələrlə xəstəxanaya yerləşdirilib.
Tarixin ən yaxşıları arasında göstərilən "Futbol kralı" ləqəbli futbolçu, Braziliya millisi ilə 3 dəfə (1958, 1962, 1970) dünya çempionu olan yeganə oyunçudur.
Səbuhi Həsənov
Şərhlər