93-cü Oskar mükafatlandırma mərasimi Covid-19 pandemiyası səbəbindən 2 ay təxirə salınıb.
Qaynarinfo xarici mət buata istinadən xəbər verir ki, 2021-cü ilin fevralın 28-də keçirilməsi nəzərdə tutulan mərasim aprelin 25-də baş tutacaq.
Mükafatlandırmanın internet üzərindən keçirilib keçirilməyəcəyi barədə isə hələlik qərar qəbul edilməyib.
Qeyd edək ki, Oskar mükafatlandırmaları bu vaxta qədər sadəcə 3 dəfə təxirə salınıb. Lakin bu müddət 1 həftədən uzun olmayıb. İlk təxirə salınma 1938-ci ildə Los-Ancelesdə sel basqınları səbəbindən, ikinci 1968-ci ildə Martin Lüter Kinq Cuniora sui-qəsd olduğuna görə və üçüncüsü 1981-ci ildə ABŞ prezidenti Ronald Reyqana hücum səbəbindən olub.
Pandemiya səbəbindən dünya miqyasında kinoteatrların bağlı olması və film çəkilişlərinə fasilə verilməsi sektora ciddi zərər vurub.
Camal
Şərhlər