Xəbər lenti

Şok istefa: ÇL finalçısı olan məşqçi gözlənilmədən klubu tərk edir
İdman 16:31 13.06.2024

Şok istefa: ÇL finalçısı olan məşqçi gözlənilmədən klubu tərk edir

Dortmund "Borussiya"sının baş məşqçisi Edin Terziç Almaniya klubundakı postunu tərk etmək qərarına gəlib.

Qaynarinfo "Borussiya”nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin özü onunla müqaviləyə dərhal xitam verilməsini istəyib və klub rəhbərliyi birgə müzakirədən sonra buna razılıq verib.

"Hiss edirəm ki, "Borussiya"da 10 ildən sonra, o cümlədən 5 il məşqçilər korpusunda və 2,5 il baş məşqçi kimi, gələcək yeni başlanğıc yeni insanla olmalıdır. Məni tanıyan hər kəs anlayır ki, son bir neçə həftə ərzində fikirləşdiyim zaman sinəmdə iki ürək döyünürdü. Lakin gərgin müzakirələrdən sonra belə, mənim əsas hisslərim dəyişmədi", deyə Terziç qərarını izah edib.

Terziç 2020/21 mövsümünün ikinci yarısında "Borussiya"nın müvəqqəti məşqçisi olub, 2022-ci ildə isə baş məşqçi olub. Onunla Dortmund 2020/21 mövsümdə Almaniya kubokunu qazanıb. 

2022/23 mövsümündə "Borussiya" Bundesliqanı qazanmağın bir addımlığında qalıb - klub son turdakı uğursuzluqdan sonra ikinci yeri tutub. Ötən mövsüm isə Terziçin başçılıq etdiyi komanda Çempionlar Liqasının finalına qədər irəliləyib və burada "Real Madrid”ə 0:2 hesabı ilə uduzub.

Nizami Bağırov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->