İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Nyukasl" "Sauthempton"da çıxış edən Valentino Livramentonu transfer edib.
Qaynarinfo-nun məlumatına görə, klubdan verilən açıqlamada, "Southempton”la 20 yaşlı müdafiəçinin transfer qiyməti ilə bağlı razılığa gəlindiyi və onunla beşillik müqavilə imzalandığı bildirilib. İngiltərə mətbuatında yer alan xəbərə görə, bu mövsüm Çempionlar Liqasında mübarizə aparacaq "Nyukasl” Livramento üçün "Sauthempton"a 40 milyon funt-sterlinqə yaxın transfer haqqı ödəyəcək.
İngiltərənin aşağı yaş qruplarından ibarət komandalarında çıxış edən Livramento "Sauthempton”da meydana çıxdığı 34 matçda bir qol vurub. İngilis futbolçu ötən mövsüm aldığı diz bağları zədəsi səbəbindən klubunda cəmi üç oyunda iştirak edə bilib.
Səbuhi Həsənov
Şərhlər