Xəbər lenti

NYT: Pentaqon Ukraynanın hücumu ilə bağlı məxfi sənədlərin sızmasını araşdırır
Dünya 14:25 07.04.2023

NYT: Pentaqon Ukraynanın hücumu ilə bağlı məxfi sənədlərin sızmasını araşdırır

Pentaqon ABŞ və NATO-nun planlaşdırılan hücumla əlaqədar Ukrayna silahlı qüvvələrini gücləndirmək barədə məxfi planları barədə məlumatların sızmasını araşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə The New York Times (NYT) ABŞ administrasiyasındakı mənbələrə istinadən yazır.

Qəzet qeyd edib ki, sənədlər bu həftə Twitter və Telegram-da peyda olub. Vaşinqton onların aradan qaldırılması üçün çalışır, lakin indiyədək buna nail olunmayıb.

Nəşr yayılan məlumatlarda Ukraynanın hücuma necə, nə vaxt və harada başlamağı planlaşdırdığına dair məlumat yoxdur, lakin martın 1-nə Kiyevin bu kampaniya üçün nəyə ehtiyacı ola biləcəyi barədə məlumatlar var ki, bu da Rusiya tərəfinə dolayı "işarələr” verə bilər, - NYT qeyd edir. Xüsusilə, Ukrayna ordusunun bəzi bölmələri, o cümlədən onların NATO ölkələrində təlim keçməsi, onlar üçün tələb olunan texnikanın miqdarı, silahların tədarükü vaxtı və s. haqqında məlumatlar ictimaiyyətə açıqlanıb.

Qəzetin müsahibə götürdüyü analitiklər sənədlərin tamamilə həqiqi olub-olmadığını şübhə altına alıblar. Onların fikrincə, bəzi məlumatlar, məsələn, tərəflərin itkilərinin sayı ilə bağlı dezinformasiya məqsədilə dəyişdirilə bilər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->