Xəbər lenti

Nuri Şahin Almaniya Bundesliqasına qayıdır
İdman 15:02 29.12.2023

Nuri Şahin Almaniya Bundesliqasına qayıdır

Nuri Şahin "Antalyaspor"un baş məşqçi postundan ayrılıb.

Qaynarinfo-nun məlumatına görə, 2021-ci ildə baş məşqçi postuna gətirilən sabiq futbolçu məşqçilik karyerasını Almaniyada davam etdirəcək. KİV-də yer alan xəbərlərə görə Şahin sabiq komandası "Borussiya"ya (Dortmund) yollanacaq. O, Edin Terziçin köməkçisi olacaq və peşəkar lisenziya təhsilini başa vurduqdan sonra məşqçi vəzifəsini icra edəcək.

"Borussiya"da mövqeyi qeyri-sabit olan Edin Terziç həm də əvvəlki baş məşqçinin köməkçisi olub. Bu mövsüm 25 matçın 12-də qələbə qazanan Terziçin klubda qalmasına qərar verilib. Nuri Şahinlə də dördillik müqavilə imzalanacağı bildirilib. "Antalyaspor"dan alacağı puldan imtina edən keçmiş futbolçu 2021-ci ildən rəhbərlik etdiyi komanda ilə meydana çıxdığı 92 oyunda 38 qələbə qazanıb. "Antalyaspor"un sədr müavini Alkan Evren Şahinin məhz "Borussiya"nın təklifinə görə vəzifəsindən getdiyini bildirib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->