Xəbər lenti

NATO-nun keçmiş baş komandanı: Biz Rusiyaya görə Ukraynanın qələbəsindən qorxuruq
Dünya 21:43 10.05.2023

NATO-nun keçmiş baş komandanı: Biz Rusiyaya görə Ukraynanın qələbəsindən qorxuruq

Şimali Atlantika Alyansının Avropadakı keçmiş baş komandanı Filip Bridlav hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın Rusiya Federasiyası ərazisinə zərbələr endirməsinin yolverilməzliyi ilə bağlı NATO-nun bəyanatlarından istifadə edərək, "söz” müharibəsində Qərbə qalib gəlir. Onun sözlərinə görə, Qərb "nüvə ekspansiyasından" narahat olduğundan Ukraynanın Rusiya ilə müharibədə qələbəsindən qorxur.

Qaynarinfo xəbər verir ki, bu barədə Bridlav ABC News-a deyib.

"Biz Qərbdə Ukraynanın qələbəsindən qorxuruq. Çünki cənab Putin bu müharibənin əvvəlində ona dediklərimizlə bizi təkrar-təkrar təhdid edir... Biz nüvə ekspansiyasından və bu müharibənin Avropaya yayılmasından qorxuruq”, - Bridlav bildirib. 

Keçmiş baş komandanın sözlərinə görə, Ukrayna Rusiyanı təhdid etdiyinə, onu "çətin vəziyyətdə” saxladığına görə Qərb ona o qədər silah verir ki, döyüş meydanında uğursuzluğa düçar olmasın, amma bu qələbə qazanmaq üçün kifayət etmir. 

"Rusiyada yüksək rütbəli biri, demək olar ki, həftədə dörd-beş dəfə deyir ki, bu baş verərsə, nüvə silahı olacaq”, - o qeyd edir. 

Bridlavın fikrincə, Pentaqonun məlumatlarının sızmasından sonra məlum olur ki, Ukraynanın əks-hücum planları "Krımın Rusiya hücumları üçün plasdarm kimi bağlanmasını” ehtiva edə bilər: Krıma gedən quru yoluna nəzarəti ələ keçirmək, yarımadaya su təchizatını dayandırmaq, Rusiya üçün Krıma gedən körpünü bağlamaq.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->