"Baş verən hadisə Mədəniyyət Nazirliyi tərəfindən araşdırılmalı və məsələyə münasibət bildirilməlidir".
Bunu Qaynarinfoya açıqlamasında müğənni Nadir Qafarzadə Xalq artisti İlhamə Quliyevanın məzarının üstündə mərhum müğənni Rəhim Rəhimlininin
parodiya edilməsi ilə bağlı görüntüdən danışarkən deyib.
Müğənni deyib ki, görüntüyə hüquqi qiymət verilməlidir:
"Həmin şəxsə xəbardarlıq edilməlidir. İndi heç nə demək olmur. Elə bir zəmanəyə gəlib çıxmışıq ki, heç kəsi qınamaq olmur. Qınayırsan, kütlə sənin üstünə gəlir. Qalırsan saqqalla bığ arasında. İlhamə xanım böyük, həm də toxunulmaz bir sənətkardır. Bu nə hərəkətdir? Belə sənətkarların adını çəkəndə diqqətli olmaq lazımdır".
Nadir Qafarzadə baş verənləri Rəhim Rəhimliyə qarşı da haqsızlıq hesab edir:
"Savadlı bəstəkar, gözəl ifaçı idi. Olmaz, bu baş verən hadisə hər iki sənətkara hörmətsizlikdir. Qınamayanda da olmur, onda çaşırlar".
Qeyd edək ki, Xalq artisti İlhamə Quliyeva mərhum müğənni Rəhim Rəhimli parodiya edilib. Bu hadisə ictimaiyyət tərəfindən qınanılıb.
Bahar Rüstəmli
Şərhlər