Xəbər lenti

Millinin qapıçısı düşərgədən qovulub?
İdman 13:32 29.11.2022

Millinin qapıçısı düşərgədən qovulub?

Kamerunun qapıçısı Andre Onana komandanın düşərgəsindən qovulub.

Qaynarinfo xəbər verir ki, buna səbəb 26 yaşlı əlcək sahibinin baş məşqçi Riqobert Sonqla mübahisə etməsi olub. Dünya çempionatını izləyən KİV-də qolkiperin komandasının düşərgəsini tərk etdiyi bildirilib.  

DÇ-2022-nin G qrupunda Kamerun - Serbiya matçının başlamasına iki saat qalmış hazırda "İnter”də forma geyinən Onana intizamsızlıq səbəbilə Kamerunun heyətindən kənarlaşdırılıb. Onu digər qapıçı  Epassi əvəzləyib. 

Onananın çalışdırıcı ilə mübahisə etməsinin səbəbi isə Səudiyyə Ərəbistanı ilə oyundan qaynaqlandığı bildirilib. Sözügedən qarşılaşmada tez-tez qapısını tərk edən 26 yaşlı qapıçı Serbiya ilə qarşılaşmadan öncəki məşqdə də Sonqun xəbərdarlıqlarına baxmayaraq eyni hərəkətləri təkrarlayıb.

Kamerun Futbol Federasiyasının prezidenti və əfsanəvi hücumçu Samuel Eto'o tərəfləri barışdırmağa çalışsa da bu baş tutmayıb və nəticədə Onananın komandanın düşərgəsini tərk etdiyi bildirilib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->