Xəbər lenti

Millinin düşərgəsindən qovulan qapıçı:
İdman 14:28 30.11.2022

Millinin düşərgəsindən qovulan qapıçı: "Çətindir"

Kamerun millisinin qapıçısı Andre Onana komandanın düşərgəsində baş verənlərdən sonra susqunluğunu pozub.

Qaynarinfo xəbər verir ki, baş məşqçi Riqobert Sonqla mübahisə etdiyi və komandanın düşərgəsindən qovulan qolkiper problemlərin həlli yolunu tapmaq üçün səy göstərsə də qarşı tərəfdən heç bir addım atılmadığını bildirib. 

Qapıçı tvitter hesabında komandanın və ölkəsinin uğurunu davam etdirmək üçün məsul şəxslərin qərarına hörmət etdiyini və onları dəstəklədiyini yazıb.

"Ölkəmə və milli komandama sevgimi ifadə etmək istəyirəm. Dünən Kameruna kömək etmək, məqsədlərinə çatmaq üçün həmişəki yerdə olmağıma icazə verilmədi. Həmişə komandanı yaxşı bir şəkildə uğura aparmağa çalışmışam. Bütün səylərimi və enerjimi bir futbolçunun tez-tez yaşadığı vəziyyətin həlli yollarını tapmağa sərf etmişəm. Lakin qarşı tərəfdən bunun üçün heç bir cəhd olmadı. Bəzi anları mənimsəmək çətindir. Bununla belə, həmişə komandamızın və ölkəmizin uğurunu davam etdirmək üçün məsul insanların qərarlarına hörmət edirəm və dəstək göstərirəm. Bütün gücümlə komanda yoldaşlarıma dəstək verirəm, çünki bu yarışda çox uzağa getməyə qadir olduğumuzu nümayiş etdirdik. O dəyərlər ki məni tanıdan, uşaqlığımdan bəri ailəmin mənə bəxş etdiyi bir insan və oyunçu kimi təbliğatımdır. İlk və əbədi millətim Kamerunu həmişə qürurla təmsil təmsil etmişəm".

Onana Kamerun millisinin baş məşqçisi Riqobert Sonq tərəfindən Serbiya ilə qarşılaşmadan sonra kənarlaşdırıldığını açıqlamışdı. Mütəxəssis jurnalistlərə açıqlamasında buna səbəb kimi qapıçının intizamsızlığını əsas gətirmişdi. 

DÇ-2022-də ilk matçında İsveçrəyə 1:0 hesabı ilə uduzan Kamerun millisi ikinci görüşdə Serbiya ilə heç-heçə edib. Komanda qrupda sonuncu matçını Braziliya millisinə qarşı keçirəcək. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->