Xəbər lenti

Millinin baş məşqçisi olmaq üçün 1000 nəfər müraciət edib
İdman 18:31 20.01.2023

Millinin baş məşqçisi olmaq üçün 1000 nəfər müraciət edib

Qətərdə keçirilən dünya çempionatından sonra vəzifəsindən istefa verən Qana millisinin baş məşqçisi Otto Addonun boş qoyduğu post üçün 1000-dən çox müraciət olub.

Qaynarinfo yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Qana Futbol Federasiyasının Kommunikasiyalar üzrə Direktoru Henri Asante Tvum bildirib. Federasiya rəsmisi açıqlamasında heç bir qısa siyahı yaratmadıqlarını və tədbirlərin lazımi zamanda görüləcəyini bildirib. O, boş qalmış baş məşaçi vəzifəsi postu üçün 1000-dən çox müraciət olunduğunu təsdiqləyib və bacarıqlı məşqçi axtarışlarını davam etdirdiklərini deyib. O, hər gün federasiyaya müraciətlər daxil olduğunu da vurğulayıb. 

DÇ-2022-də Portuqaliya, Uruqvay və Cənubi Koreya milliləri ilə birlikdə H qrupunda yer alan Qana 2 məğlubiyyət, 1 qələbə ilə mübarizəni qrup mərhələsində dayandırıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->