"Milan”ın futbolçusu Kriştian Pulişiç komandasının "Latsio” üzərində qələbə qazandığı oyundan sonra sosial mediada hədə-qorxu mesajları ilə üzləşib.
Qaynarinfo-nun məlumatına görə, oyundan sonra instaqramda şəkillər paylaşan Pulişiçi azarkeşlər ölümlə hədələyib. Buna səbəb kimi fanatlar Pulişiçin oyunun sonlarında meydandan qovulan "Latsio” futbolçuları ilə mübahisələrdə iştirak etməsini göstəriblər.
İtaliya A Seriyasının 27-ci turu çərçivəsində baş tutan "Latsio” - "Milan” matçı qonaqların 0:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 88-ci dəqiqədə Okafor rəqib qapısından keçirib. Görüşün 57-ci dəqiqəsində "Latsio”nun futbolçusu Luka Pelleqrini ikinci sarı vərəqədən sonra meydandan qovulub. Matçın son dəqiqələrində isə meydan sahiblərinin daha iki futbolçusu - Maruşiç (90+5) və Qunduzi də (90+6) hakimin qəzəbinə tuş gəlib.
Səbuhi Həsənov
Şərhlər