Argentinalı ulduz Lionel Messi DÇ-2022-də komandasının ilk çıxışından öncə fikirlərini bildirib.
Qaynarinfo-nun məlumatına görə futbolçu Qətər 2022-nin onun arzusunu həyata keçirməsi üçün son şans olduğunu bildirib.
Turnirə hazır olduqlarını bildirən Messi "Fiziki cəhətdən özümü yaxşı hiss edirəm. Bu dünya çempionatı digərlərindən fərqlidir. Qətər 2022 oynadığım son dünya çempionatı olacaq. Böyük arzumu həyata keçirmək üçün son şansdır. Buna nail olmağa çalışacağam. Biz hamımız bunu istəyirik” - deyib.
Argentina DÇ-də ilk oyununu bu gün Səudiyyə Ərəbistanına qarşı keçirəcək.
Səbuhi Həsənov
Şərhlər