Xəbər lenti

Məşqçisi ilə görüşmədiyi üçün cəzalandırıldı
İdman 13:33 27.10.2023

Məşqçisi ilə görüşmədiyi üçün cəzalandırıldı

Bundesliqa komandalarından "Union Berlin"in futbolçusu David Fofana Çempionlar Liqasında "Napoli" ilə matçdan sonra baş məşqçi Urs Fişerin əlini sıxmadığı üçün komandadan birhəftəlik uzaqlaşdırılıb.

Qaynarinfo-nun məlumatına görə, Fofana komandasının 0:1 hesabı ilə məğlub olduğu matçın 70-ci dəqiqəsində əvəzlənərkən məşqçisi ilə görüşməyib. Bu hərəkətindən sonra klub ona birhəftəlik cəza verib. "Atletik"də yer alan xəbərə görə futbolçu bu səbəbdən Almaniya kubokunda və Bundesliqada "Verder"lə "Ştutqrat"a qarşı oyunlarda meydana çıxmayacaq.

"Union Berlin"in sözçüsü Kristian Arbeit açıqlamasında, Fofananın baş məşqçidən və idman dirktoru Oliver Ruhnertdən üzr istədiyini bildirib. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->