"Seltik" klubu Fələstinə dəstək verən "Yaşıl Briqada" (Green Brigade) qrupunun üzvü olan azarkeşlərinin öz ev matçlarına gəlməsinə qadağa qoyub.
Qaynarinfo-nun məlumatına görə, Şotlandiya təmsilçisi sözügedən qrupun üzvü olan azarkeşlərinə ev oyunlarına gəlməyi qadağan edib və onların biletləri ləğv olunub. İngiltərə mətbuatında yer alan xəbərə görə, azarkeş qrupunun üzvlərinə göndərilən elektron məktubda klubun mövsümlük bilet sahiblərinin ev matçlarına getməsinə qadağa qoyduğu bildirilib .
Bu qərarın UEFA Çempionlar Liqasında "Atletiko" ilə matçda azarkeşlərin tribunalarda Fələstin bayraqları açmasından sonra verildiyi vurğulanıb.
"Yaşıl briqada” üzvlərinin nümayişinə görə klubun bundan əvvəl də iki dəfə cərimə olunduğu və UEFA-nın növbəti intizam cəzası tətbiq etməsindən qorxduğu bildirilib.
Səbuhi Həsənov
Şərhlər