"Yeni nəsə öyrənməyə can atan adamam. Musiqiçiyəm, məni digərlərindən fərqləndirən cəhətim də budur. Əsas vəzifəm kütlənin zövqünə işləmək deyil. Zövqü diktə etməkdir. İxtiyarım yoxdur nə gəldi oxuyum ki, təki pul qazanım. Müəllimlərin məni daşlayar. 25 ildir musiqiyə heç bir təmənna güdmədən xidmət edirəm. son illər musiqi məktəbi yaratmışam. Böyük komanda işləyir. Böyük prodüser mərkəzidir. Orada ulduz yetişdirirəm. Bəzilərinin ulduzunu yandırmışam".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Künc-bucaq" yutub layihəsində deyib. Sənətçi yaradıcılığından danışıb.
E.Xəlilova "İkinci Aybəniz Haşımova yetişir" sözlərinə belə reaksiya verib:
"Mən ikinci Vaqif Gərayzadə (bəstəkar - red.) deyərdim. Onun məktəbinin yetirməsiyəm, onun dəvəti ilə bir çox müğənniyə dərs etmişəm. Həmin "Şərq ulduzları"ndan Safurə Əliyeva, Fərid Məmmədov çıxmışdı. Bu, bizim uğurumuz idi. Fərid "Şərq ulduzları"ndan sonra Bülbüllərə gedib. Mən Vaqif Gərayzadənin davamçısıyam, onun etdiklərini təkrarlayıram".
Şərhlər