Xəbər lenti

Masajçı qadına saxta pul verdi, bıçaqla hədələyib soydu - 10 il həbs cəzası
Ölkə 17:25 07.06.2024

Masajçı qadına saxta pul verdi, bıçaqla hədələyib soydu - 10 il həbs cəzası

Bakıda evində masaj xidməti göstərən qadını soyan şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, Rauf Kərimov (soyad şərti) fərdi şəkildə masajçı kimi fəaliyyət göstər Dəniz adlı qadına zəng edib müştəri qismində evinə gedib. 
 
Qadın Raufu masaj elədikdən sonra sonuncu ona 100 manat verib. Dəniz həmin pulun etibarsız olduğunu bilməyib. O, Raufa 50 manat qaytardıqdan sonra təqsirləndirilən şəxs yenə bir ədəd 100 manatlıq verərək masaj etməsini istəyib. 

Dəniz Raufun ona verdiyi əskinasın üstündə "etibarsız" yazıldığını gördükdən sonra ona verdiyi 50 manatı qaytarmasını tələb edib. 

Zərərçəkmiş qadın 50 manatı aldıqdan sonra ondan evindən çıxıb getməsini istəyib, yoxsa "102”yə zəng edəcəyi deyib. 

Rauf gödəkçəsinin cibindən bıçaq çıxararaq Dənizə evindən nə qədər pul varsa hamısını verməyi tələb edib və əks halda onu ölümlə hədələyib. 

"Əvvəl də bıçaqlanmışam, 52 yerdən tikiş almışam, travmam var” deyərək ağlayan qadın Raufun onu bıçaqlamamasını xahiş edib. O, təqsirləndirilən şəxsə 160 manat və mobil telefonunu verib. Rauf bıçağın arxa tərəfi ilə qadının qarnından vuraraq "mənim iki uşağım var, pul və telefon mənə lazımdır” deyib pulu və telefonu götürüb çıxıb gedib. 

Qadının şikayətindən sonra Rauf saxlanılıb. 

Məhkəmənin qərarı ilə Rauf Cinayət Məcəlləsinin 181.2.5-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və 10 il azadlıqdan məhrum edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->