Xəbər lenti

Maradona 30 ildən sonra bəraət aldı
İdman 12:42 06.01.2024

Maradona 30 ildən sonra bəraət aldı

2020-ci ildə dünyasını dəyişən Argentina futbolunun əfsanəsi Dieqo Maradona 30 ildir davam edən vergidən yayınma iddiasında bəraət qazanıb.

Qaynarinfo-nun məlumatına görə, İtaliyanın ən yüksək məhkəməsi argentinalı əfsanəni vergidən yayınma ittihamından azad edib. Bununla da "Napoli"nin keçmiş hücumçusu ilə vergi orqanları arasında 30 illik məhkəmə çəkişməsinə son qoyulub. Roma Ali Məhkəməsi 2018-ci ilin dekabrında qəbul olunmuş qərarı ləğv edib.

Maradona 1985-1990-cı illər arasında şəxsi imic hüquqlarına görə "Napoli"dən ödənişlər alarkən qanuni vergidən yayınmaq üçün Lixtenşteyndəki şirkətindən istifadə etməkdə ittiham olunurdu. Onun vəkili Angelo Pisani "Reuters"ə açıqlamasında, "Hər şey bitdi və mən açıq şəkildə deyə bilərəm ki, Maradona heç vaxt vergidən yayınmamışdı. Bu, onun 30 il ərzində çəkdiyi təqiblərə məzar daşı qoyur. Artıq vərəsələrin kompensasiya tələb etmək hüququ var. Ümid edirəm ki, onlar bundan atalarının xatirəsinə istifadə edirlər" – sözlərini deyib.

Maradonanın vergi ödəmələri ilə bağlı araşdırmalar 1990-cı illərin əvvəllərində başlayıb. Bu iş 37 milyon avroluq ittihamlarla və İtaliyaya səfəri zamanı futbolçunun bəzi əşyalarına həbs qoyulması ilə nəticələnib.

Əfsanəvi futbolçu 2020-ci ilin noyabrında ürək tutmasından vəfat edib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->