"Barselona"nın hücumçusu Robert Levandovski müqaviləsi bitməmiş klubu tərk edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.
Nəşrin məlumatına görə, futbolçunun müqaviləsində 2024-2025-ci illər mövsümündən sonra matçların 55%-dən az iştirak etməsi şərti ilə İspaniya klubu müqaviləni vaxtından əvvəl ləğv edə biləcək bənd var. Futbolçunun "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Bu La Liqa mövsümündə polşalı forvard 15 mümkün matçdan 13-də meydana çıxıb, 7 qol (ikisi penaltidən) və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Levandovski Çempionlar Liqasının 5 oyunundan 4-də iştirak edib, cəmi bir dəfə qol vura bilib.
Polşalı ulduz 2022-ci ildə "Barselona"ya keçib. Bundan əvvəl polşalı hücumçu 8 il "Bavariya"da çıxış edib. 2010-2014-cü illərdə forvard Dortmund "Borussiya"sında forma geyinib.
Aydın
Şərhlər