Xəbər lenti

Levandovski ardıcıl ikinci dəfə bu mükafatı qazandı
İdman 12:14 10.11.2022

Levandovski ardıcıl ikinci dəfə bu mükafatı qazandı

Ötən mövsüm "Bavariya"nın heyətində Bundesliqada 35 qola müəlliflik edən Robert Levandovski ardıcıl ikinci ildə "Qızıl buts"u qazanıb.

Qaynarinfo xəbər verir ki, Levandovski Barselonada keçirilən mükafatlandırma mərasimində ardıcıl ikinci dəfə (2020-2021-ci illərdə 41 qol və 2021-2022-ci illərdə 35 qol) "Qızıl buts” mükafatını alıb.

"Qızıl buts"u "Barselona”nın keçmiş futbolçusu Karles Puyoldan alan Levandovski açıqlamasında "Bu mükafata görə keçmiş komandama və komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm. "Barselona"da olduğum üçün çox xoşbəxtəm. Əminəm ki, gələn il də əla olacaq. Burada olmaq mənim üçün çox önəmlidir” - deyib.

Milli formasını geyindiyi Polşanın dünya çempionatına qatılmasından xoşbəxt olduğunu vurğulayan 34 yaşlı futbolçu mövsümün ortasında oynanıldığı üçün maraqlı bir dünya çempionatı həyəcanı yaşayacaqlarını dilə gətirib. Levandovski DÇ 2022-dəki favoritlərini də açıqlayıb. Braziliya və Argentina millisinin favorit olduğunu deyən polşalı hücumçu onları çətin turnir gözlədiyini bildirib.

Mərasimdə "Barselona”nın prezidenti Xuan Laporta və baş məşqçi Xavi Hernandes də iştirak edib.

Ötən mövsüm Avropa liqalarında Levandovskidən sonra ən çox qol vuran futbolçular Kilian Mbappe (PSJ, 28 qol), Çiro İmmobile ("Latsio", 27 qol) və Kərim Benzema ("Real", 27 qol) olub. "Barselona"ya transfer olunandan sonra polşalı futbolçu cari mövsüm 13 qola imza atıb.

Avropada "Qızıl buts" mükafatı ilk dəfə 1967-1968 mövsümündə portuqaliyalı futbolçu Eysebio da Silva Ferreyraya ("Benfika", 42 qol) verilib.

Bu mükafata ən çox layiq görülən futbolçu Lionel Messidir. O, "Barselona”nın heyətində 6 dəfə "Qızıl buts”u qazanıb. "Qızıl buts"u qazananlar arasında türkiyəli futbolçu Tanju Çolak da var. O, sözügedən mükafatı 1987-1988 mövsümündə "Qalatasaray"ın heyətində 39 qol vurduğu mövsümdə əldə edib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->