Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Yeni nəsil sahibkarların yetişdirilməsi: biznesin və innovasiyaların idarə edilməsi üzrə təlimlər” layihəsi başa çatmaq üzrədir.
Sevinc Fədainin rəhbərlik etdiyi və cari ilin iyun-avqust aylarında keçirilən layihə çərçivəsində baş tutan təlimlərin iştirakçıları biznes ideyalarnı inkişaf etdirərək, reallaşdırmaq istəyən gənclər idi. Layihənin qiymətləndirilməsi ilə bağlı keçirilən sorğuda iştirak edən gənclər müxtəlif mövzular üzrə əldə etdikləri bilikləri və təcrübələri aşağıdakı şəkildə bölüşdürərək fikirlərini bildiriblər:
1. Aysun Əliyeva, Bakı Biznes Universitetinin tələbəsi:
"Adətən seminar və təlimlərdə sadəcə dinləyici funksiyasında olurduq. Nəzəri danışıqlar faydalı olsa da, praktikada çox effektiv olmadığını düşünürdüm. Lakin bu təlimdə iştirakım mənim üçün çox dəyərli oldu. Təlim həm nəzəri, həm də praktiki baxımdan zəngin idi. Təlimdən əldə etdiyim biliklər işimə olan yanaşmamı inkişaf etdirdi. Digər təlimlərdən fərqli olaraq, nəzəri və praktiki müzakirələr, oyunlar və öyrədici biliklər çox effektli idi. Təlimdən çox razı qaldım və öyrəndiklərimi tətbiq etməyə çox həvəsliyəm.”
2. Elmir Həsənli, Bakı Mühəndislik Universitetinin tələbəsi:
"Təlimdə iştirak etməklə yeni biznes fikirləri və strateji yanaşmalar əldə etdim. Təlimin interaktiv və praktiki təlim metodları, öyrənmə prosesini daha maraqlı və effektli etdi. Eyni zamanda, bu təlimdə əldə etdiyim biliklər, mənim gələcək karyeramda uğurlu addımlar atmağıma yardımçı olacaq.”
3. Nəzrin Məmmədli, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi:
"Layihədə iştirak mənə bir çox üstünlüklər qazandırdı. Öz biznesimi necə qurmalı və nələrə diqqət yetirməli olduğum haqqında bir çox suallara cavab tapdım. Eyni zamanda, çıxış və tədimatlar zamanı bədən dilini necə idarə etmək barədə maraqlı məlumatlar aldım. Səmimi bir kollektivlə çalışdıq. Bu kimi təlimlərin davamlı olmasını arzulayıram.”
4. Fərhad İmanov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi:
"Təlimlər olduqca maraqlı idi. Özümü inkişaf etdirmək üçün, demək olar ki, əla bir fürsətim oldu. Bu layihədə bilik və bacarıqlarımı artırdım, yeni vərdişlər əldə etdim.”
5. Güllər Kərimzadə, Azərbaycan Kooperasiya Universitetinin tələbəsi:
"Bu təlim mənə auditoriya qarşısında sərbəst şəkildə çıxış etməyi və bədən dilini düzgün istifadə etməyi öyrətdi. Gələcək karyeramı inkişaf etdirmək və ideyamı biznesə çevirmək üçün yetərli məlumat əldə etdim. Təlimlərin davamının olmağını istərdim.”
6. Murad Mərdanov, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi:
"Layihə çox maraqlı və faydalı oldu. Hər bir təlimçi öz sahəsində dərin biliklər təqdim etdi. Praktiki və nəzəri hissələrin balanslı şəkildə çatdırılması məlumatların daha yaxşı mənimsənməsinə kömək etdi. İştirakçılar üçün interaktiv sessiyalar və real həyat nümunələri təlimi daha da zənginləşdirdi. Bu təlim, yalnız yeni biliklər əldə etməklə qalmayıb, həm də real biznes vəziyyətlərini idarə etmək üçün lazımi bacarıqları inkişaf etdirməyə imkan verdi.”
7. Aysu Bayramova, abituriyent:
"Təlimlər özümü inkişaf baxımından son dərəcə faydalı oldu. İştirakçılarla şəbəkələşmək və yeni əlaqələr yaratmaq imkanları təqdim etdi, bu da peşəkar və şəxsi inkişaf üçün əhəmiyyətlidir. Təlim zamanı əldə etdiyim bilik və bacarıqlar gələcəkdə məqsədlərimə çatmaqda mənə böyük kömək olacaq. Təlimlərin interaktiv və dinamik formatı iştirakçıların marağını artırdı və öyrənmə prosesini daha da effektiv etdi.”
8. Müşfiq Mehdizadə, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi:
"Yaradılan səmimi və tolerant mühit üçün təşəkkür edirəm. Təlimçilərin akademik işçilərdən əlavə real sahədən cəlb edilməsi məni çox məmnun etdi. Bu yanaşma təlimlərin daha praktik və real həyatda tətbiq oluna biləcək biliklər təqdim etməsini təmin etdi. Təlimçilərin sahə təcrübələri və real iş təcrübələri, iştirakçıların daha dərindən öyrənməsini və tətbiq bacarıqlarını artırdı.”
9. Pərvanə Şıxalıyeva, tarix müəllimi:
"Təlim zamanı əldə etdiyim bilik və təcrübələr mənim işgüzar bacarıqlarımı genişləndirdi. Təlimçilərin real sahədən olan təcrübələri və praktiki təlimatlar çox faydalı oldu. Eyni zamanda, digər iştirakçılarla müzakirələr, mənim düşüncə tərzimi daha da genişləndirdi və bu, gələcəkdə daha effektiv qərar qəbul etməyə kömək edəcək.”
10. Almara Məmmədova, Azərbaycan Turzim və Menecment Universitetinin tələbəsi:
"İştirak etdiyim təlimlər çox dəyərli və keyfiyyətli bir təcrübə idi. Layihə rəhbəri Sevinc Fədainin diqqəti çox qiymətlidir. İştirak edən insanlarla bölüşdüyümüz ortaq hisslər mənim üçün ən böyük qazanc oldu. Hər şey üçün minnətdaram.”
11. Cavid Həsənli, Azərbaycan Universitetinin tələbəsi:
"Təlimlər mənə komanda üzvü olmağı öyrətdi və biznes qurmaq üçün yeni, yaradıcı fikirlər təqdim etdi. Təlimdə iştirak edərək komanda dinamikalarını daha yaxşı anladım və kollektiv işin effektivliyini artırmağın yollarını öyrəndim. Eyni zamanda, müxtəlif sahələrdən olan mütəxəssislərin təqdim etdiyi praktik məsləhətlər və real nümunələr biznes düşüncələrimi genişləndirdi”.
12. Nuray Əliyeva, abituriyent:
"Bu layihədə iştirak mənə təqdim olunan ən yaxşı fürsətlərdən biri oldu. Təlimlərdə öyrəndiyim biliklər çox faydalı oldu və gələcəkdə bu biliklərdən istifadə edəcəyəm. İxtisasım üzrə necə daha yaxşı irəliləyə biləcəyimi öyrəndim. Təlim həmçinin yaxşı dostluqlar qazandırdı, bu isə sosiallaşmağın bir qoludur. Layihə rəhbərinə və müsbət informasiyaları öyrədən bütün təlimçilərə təşəkkürümü bildirirəm.”
13. Şəbnəm Həsənova, Azərbaycan Kooperasiya Universitetinin tələbəsi:
"Layihədə sosiallaşmaq, idarəçilik və biznes yönümlü biliklər əldə etmək məqsədilə iştirak etdim. Təlimlər gələcəkdəki hədəflərimə çatmağımda mənə kömək etdi. Layihə ümumilikdə dünyagörüşümü genişləndirdi və böyük təcrübə qazandırdı.”
14. Xədicə Hüseynova, Bakı Biznes Universitetinin tələbəsi:
"Layihədə iştirakım çox faydalı oldu. Bu müddətdə bir sıra yeni təcrübələr qazandım və biznes sahəsində vacib məlumatlar əldə etdim. Hər həftə təqdim olunan praktiki tapşırıqlar sayəsində həm nəzəri, həm də tətbiqi bacarıqlarımı inkişaf etdirdim. Təlim prosesində əldə etdiyim biliklər biznes strategiyaları haqqında fikirlərimi daha da möhkəmləndirdi və gələcəkdə peşəkar fəaliyyətimdə dəyərli təcrübə təmin etdi. Təlimin interaktiv və müasir yanaşması mənim inkişafıma müsbət təsir göstərdi.”
15. Nəzrin Ağayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi:
"Layihə çərçivəsində tanıdığım təlimçilərin geniş təcrübə və dərin bilikləri mənim üçün çox əhəmiyyətldir. Onların xüsusilə biznes strategiyaları, liderlik bacarıqları və innovasiyaların idarə olunması sahəsindəki dəyərli düşüncə və məsləhətləri mənə iş dünyası haqqında daha geniş perspektivlər təqdim etdi. Bu məsləhətlər praktiki yanaşmaları, gələcəkdə karyeramda qarşılaşacağım çətinlikləri daha yaxşı anlamağa və həll etməyə kömək edəcək. Təlimçilərin təqdim etdiyi konkret nümunələr mənim şəxsi və peşəkar inkişafımda əhəmiyyətli rol oynadı.”
16. Lamiə Bağırova, sahibkar:
"Təlim prosesində öyrəndiyim yeni strategiyalar və biznes yanaşmaları mənim üçün çox qiymətli oldu. Təlim həm nəzəri, həm də praktiki bilikləri balanslı şəkildə təqdim etdi, bu da professional bacarıqlarımı artırmağa kömək etdi. İştirakçıların müxtəlif fikirlərini dinləmək və onlardan ilham almaq, gələcək layihələrimdə daha yaradıcı yanaşmalar tətbiq etməyimə şərait yaratdı.”
17. Gülayət Mehdiyeva, Azərbaycan Pedaqoji Universitetinin tələbəsi:
"Layihə mənim gələcək planlarım üçün əvəzolunmaz bir dəstək oldu. Sahibkarlıqla bağlı bilmədiyim və çox önəmli olan mövzuları öyrəndim xüsusilə biznes planlaşdırması, marketinq strategiyaları və maliyyə idarəçiliyi sahələrində əldə etdiyim biliklər çox maraqlı idi. Təlimdə əldə etdiyim bu biliklər daha yaxşı qərarlar qəbul etməyimə kömək edəcək. Gələcək inkişafımız üçün bizə göstərdiyiniz dəstək təşəkkür edirəm. Bu cür təlimlərin davamlı olaraq təşkil olunması gənc sahibkarların inkişafına mühüm töhfə verəcək.”
18. Gülər Azadlı, şəhid xanımı:
"Təlimlər mənə müxtəlif iş təcrübələri haqqında dəyərli məlumatlar verdi. Bu təcrübələri şəxsi və peşəkar həyatımda tətbiq edəcəyəm. Psixoloji testlər öz maraq və prioritetlərimi daha yaxşı anlamağa və qərar qəbul etmə prosesini daha sistemli şəkildə idarə etməyə kömək etdi. Bu yanaşma mənə şəxsi məqsədlərimə və peşəkar inkişafıma daha yaxşı uyğunlaşmaq üçün əhəmiyyətli bilgilər qazandırdı, bu bilgilərin həyatımda xüsusi rol oynayacağına inanıram”.
19. İlham Həsənli, Azərbaycan Texniki Universitetin magisturantı:
"Layihə çox maraqlı və faydalı oldu. Düşünürəm ki, mentorların şəxsi təcrübələrindən və bizneslə bağlı verdikləri məsləhətlərdən əldə etdiyim məlumatlar çox köməyimə çatacaq. Təlimlət biznes strategiyalarını daha dərindən anlamaq və tətbiq etmək üçün çox yaxşı təcrübə qazandırdı. İştirak etdiyim müzakirələr gələcək karyeram üçün düşüncələrimi daha qətiyyətli şəkildə formalaşdırmağa kömək etdi.”
20. Aida Aysa, sahibkar:
"Layihəni yüksək qiymətləndirirəm. Bu prosesdə, biznes sahəsində dərin biliklər əldə etdim və müasir təlimçilərin təklif etdiyi dəyərli strategiyalarla tanış oldum. Təlim həmçinin mənim fərqindəliyimi artırdı, öz güclü tərəflərimi və inkişaf sahələrimi daha yaxşı anlamağa kömək etdi. Maraqlı və müxtəlif sektorlardan gələn insanlarla tanış olmaq, həm peşəkar, həm də şəxsi şəbəkəmi genişləndirməyə imkan yaratdı. Təlimin interaktiv yanaşması və iştirakçıların fərdi ehtiyaclarına uyğunlaşdırılması mənim inkişaf yolumda əhəmiyyətli bir addım oldu.”
21. Aynur Qənbərova, müəllim:
"Adətən təlimlərə qatılarkən, əsasən iki amilə fokuslanıram: yeni dostluqlar qurmaq və faydalı biliklər əldə etmək. Sevinc Fədai imzası ilə təşkil olunan bu layihə məhz bu gözləntiləri tam şəkildə qarşıladı. Təlimlər yalnız müasir və praktiki biliklər təqdim etməklə kifayətlənmədi, həm də iştirakçılar arasında səmimi və açıq mühit yaratdı. Bu cür yüksək səviyyəli təşkilatçılıq və motivasiya edici mühit hər birimizin faydalanmasına şərait yaratdı.”
22. Fidan Məmmədova, Bakı Biznes Universitetinin tələbəsi:
"Təlimlərdə iştirakım çox maraqlı və öyrədici təcrübə oldu. Layihə müddətində əldə etdiyim yeni biliklər və bacarıqlar gələcəkdə şəxsi və peşəkar inkişafım üçün əhəmiyyətli dərəcədə faydalı olacaq. Təhsilimizdə yeni addımlar atmaq üçün bu cür təlimlərin artırılması çox vacibdir.”
23. Fatimə Rzayeva, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi:
"Təlimdə iştirakım nəticəsində yeni məlumatlar əldə etdim, xüsusən də biznes sahəsində biliklərim əhəmiyyətli dərəcədə genişləndi. Təlimlərdə təqdim edilən praktiki və nəzəri biliklər gələcəkdə biznes strategiyaları və idarəetmə bacarıqlarımın inkişafı üçün çox faydalı oldu. Bu təcrübələr həmçinin sahibkarlıq sahəsində daha dərindən düşünməyimə və qərar verərkən daha qətiyyətli olmağıma kömək etdi.”
24. Şəlalə Həsənova, Bakı Slavyan Universitetinin tələbəsi:
"Təlimlər insanın özünü dərk etməsi və qabiliyyətlərini ortaya qoymasına kömək etdi. Eyni zamanda, düşüncə tərzimizi inkişaf etdirdi və gələcək nailiyyətlərimiz üçün yeni perspektivlər yaratdı.”
25. Fidan Əkbərova, abituriyent:
"Təlimlərdə iştirak edərək gələcək planlarım üçün əhəmiyyətli biliklər əldə etdim. Layihə müddətində öyrəndiyim strategiyalar və praktik məlumatlar mənim üçün dəyərli bir təcrübə oldu. Bu cür təlimlərin davamlı olaraq keçirilməsi şəxsi inkişaf və gələcək karyera planları üçün böyük əhəmiyyət kəsb edir. Layihə nəticəsində əldə etdiyim biliklər və faydalı müzakirələr üçün təşəkkür edirəm.”
26. Samirə Həsənova, ibtidai sinif müəllimi:
"Layihədə iştirak etməkdən çox məmnunam. Layihə çərçivəsində təqdim olunan məzmunun keyfiyyəti və genişliyi, iştirakçılara dəyərli biliklər təqdim etdi. Təlimlər interaktiv formatı ilə diqqətimi çəkdi və iştirakçılara praktiki biliklərin necə tətbiq oluna biləcəyini nümayiş etdirdi. Yeni nəsil sahibkarların yetişdirilməsi mövzusunda, iştirakçılara müasir biznes strategiyaları və innovativ yanaşmalar təqdim olunması, onların gələcəkdə uğurlu iş mühiti yaratmalarına kömək edəcək. Bu təşəbbüsün davamlı olaraq həyata keçirilməsinin sahənin inkişafına müsbət təsir göstərəcəyinə inanıram.”
27. Mədinə İbrahimli, Bakı Biznes Universitetinin tələbəsi:
"Layihə ərzində öz ixtisasım üzrə öyrəndiyim yeniliklər, mənə mövcud bacarıqlarımı genişləndirmək və inkişaf etdirmək imkanı verdi. Bu biliklərin peşəkar inkişafıma və gələcək karyerama müsbət təsir edəcəyinə inanıram”.
Bu rəylər, təlimin iştirakçılara necə fayda verdiyini və onların professional inkişaflarına necə təsir etdiyini əks etdirir. Təlimin keyfiyyəti və iştirakçıların əldə etdikləri nəticələr, gələcəkdə bu cür təlimlərin davam etdirilməsinin vacibliyini göstərir.
Şərhlər