Afrika Millətlər Kubokunda Qana ilə Kabo-Verde arasında baş tutan görüşdən sonra azarkeşlər Qana millisinin baş məşqçisi Kris Huqtona hücum edib.
Qaynarinfo-nun məlumatına görə, bu komandanın rəqibinə 1:2 hesablı məğlubiyyətindən sonra yaşanıb. Afrika mətbuatının yazdığına görə, məğlubiyyəti həzm edə bilməyən azarkeşlərin baş məşqçiyə hücumu millinin qaldığı oteldə baş verib. Nəticədə məşqçini döyməyə cəhd edən azarkeşlər polis tərəfindən saxlanılıb. Məşqçi təhlükəsiz yerə aparılıb, həbs olunan azarkeşlər isə yarışın təşkil olunduğu Fil Dişi Sahili polisinə təhvil verilib.
Huqton oyundan sonra verdiyi açıqlamada Qananın Kabo Verdeyə minimal hesablı məğlubiyyətindən sonra məyus olduğunu bildirib.
Səbuhi Həsənov
Şərhlər