Mövsümün son matçında çempionluğu əldən verən Dortmund "Borussiya”sı bir neçə futbolçu ilə yolları ayırır.
Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə klub müqaviləsi bitən 5 futbolçu ilə yolları ayırıb. Onlardan biri - 7 ildir "Arılar"ın formasını geyinən Rafael Gerrero klubla göz yaşları ilə vidalaşıb.
Alman klubundan verilən açıqlamada gələn ayın sonundan etibarən komandadan ayrılacaq futbolçular yarımmüdafiəçilər Rafael Gerrero, Mahmud Dahud, müdafiəçi Feliks Passlak, hücumçu Antoni Modeste və qapıçı Luka Unbehaundur.
Səbuhi Həsənov
Şərhlər