Xəbər lenti

Kəmalə Ağazadə ölümlə hədələnməsinə aydınlıq gətirdi
Ölkə 11:09 24.12.2022

Kəmalə Ağazadə ölümlə hədələnməsinə aydınlıq gətirdi

"Mənə qarşı olan ölüm təhdidi və hədələrin arxasında kimlərin dayandığını yalnız Daxili İşlər Nazirliyi, o cümlədən Baş Prokurorluğun birgə araşdırmalarından sonra biləcəyəm”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ölümlə hədələnməsinə aydınlıq gətirərkən deyib. Sədr ona qarşı başlanılan prosesin arxasında kimlərin dayandığını da bilmədiyini vurğulayıb:

"Hüquq-mühafizə orqanlarının apardığı araşdırma nəticəsində bunun arxasında kimin dayandığı müəyyən ediləcək. Yəqin ki, yaxın zamanlarda bunun kim tərəfindən təşkil olunduğu üzə çıxacaq”.

Qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ölümlə hədələnməsi, fəaliyyəti ilə bağlı bir neçə şəxs tərəfindən davamlı olaraq təhdid, şantaj olunması ilə bağlı sosial şəbəkədə məlumat yayıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->