"Karantin rejiminin müddətinin uzadılması ilə bağlı qərarın yumşaldılmasına ehtiyac var”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli karantin müddətinin uzadılması ilə bağlı qərardan danışarkən deyib.
Ekspert bildirib ki, karantin artıq bitməlidir:
"Ümid edək ki, yanvar ayından quru sərhədlərlə bağlı qərar veriləcək. Çünki bu çox böyük fəsad və problemlərə səbəb olur. Həm sərhədyanı ticarətlə bağlı, həm Gürcüstanda yaşayan soydaşlarlarımızın vəziyyəti ilə bağlı ciddi problemlər yaradır. Bu problemləri aradan qaldırılmasının yolları tapılmalıdır. Məsələn, təyyarə ilə gedənlərin ölkəyə quru sərhədlə qayıtmaq imkanı olmalıdır”.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Qərara əasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılıb.
Bahar Rüstəmli
Şərhlər