Xəbər lenti

İyulun 1-də quru sərhədlər açıla bilər? - Deputatdan açıqlama
Ölkə 12:53 22.06.2023

İyulun 1-də quru sərhədlər açıla bilər? - Deputatdan açıqlama

"Düşünürəm ki, Operativ Qərargahın qərarını gözləmək lazımdır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev iyulun 1-dən quru sərhədlərin açılmasına münasibət bildirərkən deyib. 
Deputat hesab edir ki, hər şeyə Operativ Qərargah məsuliyyət daşıyır:

"Qərarı onlar verir və hökumət, xalq, cənab Prezidentin qarşısında cavabdehdir, gəlin hamılıqla onların qərarını gözləyək”. 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah pandemiya səbəbindən quru sərhədlərin iyul ayının 1-nə kimi bağlı olması ilə bağlı qərar verilib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->